İranda zəlzələ nəticəsində xəsarət alanların sayı 99 nəfərə çatıb, ölən var

İranda zəlzələ nəticəsində xəsarət alanların sayı 99 nəfərə çatıb, ölən var İranın cənubunda 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Region
1025
15 Noyabr , 2021 10:00
İranda zəlzələ nəticəsində xəsarət alanların sayı 99 nəfərə çatıb, ölən var

İranın cənubunda baş verən ardıcıl zəlzələlər nəticəsində yaralananlarına sayı 99 nəfərə çatıb. 

“Report” “Tasnim”ə istinadən xəbər verir ki, bunu Hörmüzqan əyaləti Tibb Universitetinin nümayəndəsi Fatimə Nuruzian bildirib. 

Onun sözlərinə görə, xəsarət alanlardan 88 nəfərinə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

00:50

İranın cənubundakı Hörmüzqan əyalətində baş verən zəlzələ zamanı xəsarət alanların sayı artıb.

“Report” “Jamaran” agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Fövqəladə Hallar Təşkilatının rəhbəri Cəfər Miadfar bildirib.  

“Bender-Abbasda baş verən zəlzələ zamanı xəsarət alanların sayı 70 nəfərə çatıb”, - o deyib.

Onun sözlərinə görə, təbii hadisə zamanı xəsarət alanlardan 22-si xəstəxanaya yerləşdirilib və hazırda tibb müəssisələrindədirlər. Zəlzələ zamanı 1 nəfər həlak olub.

Məlumata görə, 6,3 maqnitudalıq (bəzi mənbələrə görə 6,5-red) yeraltı zəlzələnin episentri 352 minə yaxın insanın yaşadığı liman şəhəri Bender-Abbasdan 59 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Bu, ötən gün ərzində qeydə alınan ikinci zəlzələ olub.

14.11.2021.19:53

İranda baş verən zəlzələ zamanı azı 8 nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, bu barədə “Mehr” agentliyi xəbər verib.

Qeyd edilir ki, təbii hadisə zamanı azı 1 nəfər həlak olub. Yeraltı təkanılar bir neçə şəhərdə hiss olunub.

"Haber Global" isə zəlzələ zamanı 2 nəfərin həlak olduğunu, 17 nəfərin xəsarət aldığını xəbər verib.

Məlumata görə, 6,1 maqnitudalıq (bəzi mənbələrə görə 6,5-red) yeraltı zəlzələnin episentri 352 minə yaxın insanın yaşadığı liman şəhəri Bender-Abbasdan 59 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

17:08

İranın cənubundakı Hörmüzqan əyalətində 6,3 bal gücündə ikinci zəlzələ baş verib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, episentri Hörmüzqan vilayətinin Kəşm rayonunun Laft bölgəsində olan yeraltı təkanlar saat 15:37-də qeydə alınıb. Zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi bildirilir.

Yerli mətbuatda yer alan xəbərə görə, zəlzələ zamanı elektrik dirəyinin aşması nəticəsində 1 nəfər ölüb.

Qeyd edək ki, bundan əvvəl yeraltı təkanlar saat 15:36-da qeydə alınıb.

Eyni bölgədə baş verən 6,4 bal gücündə zəlzələdən 1 dəqiqə sonra baş verən zəlzələdən ətraf əyalətlərin də zərər çəkdiyi bildirilib.

16:27

İranın cənubunda 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 352 min insanın yaşadığı İranın Bəndər Abbas limanından 59 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi