İranda 5,2 bal gücündə zəlzələ olub

İranda 5,2 bal gücündə zəlzələ olub Təbii fəlakətin qurbanı, dağıntı və xəsarət alanlar barədə məlumat yayılmayıb
Region
21 May , 2021 17:37
İranda 5,2 bal gücündə zəlzələ olub

İranda 5,2 bal gücündə zəlzələ olub.

“Report” "Mehr" agentliyinə istinadən xəbər verir ki, məlumatı Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Yeraltı təkanlar Buşehrin şimalından 94,5 km aralı Qenave şəhərində qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Təbii fəlakətin qurbanı, dağıntı və xəsarət alanlar barədə məlumat yayılmayıb.

Qeyd edək ki, aprelin 29-da bu şəhərdə 5,9 bal gücündə zəlzələ olmuşdu.

Son xəbərlər

Orphus sistemi