İran yeni sentrifuqaları sökmək fikrində deyil

İran yeni sentrifuqaları sökmək fikrində deyil İranın nüvə razılaşmasına qayıtmaq məsələsinə dair danışıqlar zamanı ABŞ və Avropa ölkələrinin irəli sürdükləri yeni tələblər Tehran tərəfindən qəbul edilməyəcək
Region
6 May , 2021 18:32
İran yeni sentrifuqaları sökmək fikrində deyil

İranın nüvə razılaşmasına qayıtmaq məsələsinə dair danışıqlar zamanı ABŞ və Avropa ölkələrinin irəli sürdükləri yeni tələblər Tehran tərəfindən qəbul edilməyəcək.

“Report” “Press TV”-yə istinadən xəbər verir ki, mənbələrin verdiyi məlumata görə, Qərb ölkələri nüvə proqramı ilə bağlı Müştərək Əhatəli Fəaliyyət Planında (JCPOA) təsbit edilən bəzi sanksiyaları ləğv etmək müqabilində son vaxtlar işə salınan yeni nəsil sentrifuqaların sökülməsini istəyir.

Belə ki, JCPOA-ya görə, İran “IR-4”, “IR-6”, “IR-9” tipli təkmilləşdirilmiş sentrifuqaları dayandıraraq Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarətinə verməli, onları sökməməlidir. Mənbələrə görə, Qərb ölkələri bu tələbdə israr edərsə, İran hökuməti nəinki danışıqlar prosesini, hətta bütövlükdə JCPOA-ya qayıtmağı da rədd edə bilər.

Son xəbərlər

Orphus sistemi