İran XİN başçısının müavini Rusiyada səfərdədir

İran XİN başçısının müavini Rusiyada səfərdədir İran xarici işlər nazirinin müavini Əli Baqeri Kəni Rusiyada səfərdədir.
Region
29 Oktyabr , 2021 12:37
İran XİN başçısının müavini Rusiyada səfərdədir

İran xarici işlər nazirinin müavini Əli Baqeri Kəni Rusiyada səfərdədir.

“Report” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Nazir müavini paytaxt Moskvada Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov və Rusiya Prezidenti Vladimir Putinin Ortaş Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşüb.

O, rusiyalı rəsmilərlə ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların aradan qaldırılması ilə bağlı Almaniya, Britaniya, Fransa, Rusiya və Çinin iştirakı ilə danışıqlara başlamağı müzakirə edib. Görüşlərdə İranla Rusiya arasında ikitərəfli əlaqələrin vəziyyəti, regional və beynəlxalq hadisələrə dair məsələlərlə bağlı fikir mübadiləsi edilib.

Son xəbərlər

Orphus sistemi