İran Xəzər sahillərindəki çimərliklərə 7 min polis göndərib

İran Xəzər sahillərindəki çimərliklərə 7 min polis göndərib İran hakimiyyəti Xəzər dənizi sahillərində çimərliklərdə hicaba nəzarət etmək məqsədi ilə bölgəyə yeddi min polis əməkdaşı ezam edib.
Region
6 İyun , 2024 12:48
İran Xəzər sahillərindəki çimərliklərə 7 min polis göndərib

İran hakimiyyəti Xəzər dənizi sahillərində çimərliklərdə hicaba nəzarət etmək məqsədi ilə bölgəyə 7 min polis əməkdaşı ezam edib.

“Report” “Radio Fərda”ya istinadən xəbər verir ki, bunu İran polisi komandanının müavini Kasem Rezai bildirib.

O, xəbərdarlıq edərək vurğulayıb ki, çimərliklərdə baş verə biləcək istənilən qayda pozuntusuna qarşı qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi tədbirlər görüləcək.

K. Rezai 7 min polisin qadın və kişilərdən ibarət olduğunu deyib: “Hicab kimi qanuni normalara əməl etməyənlər cinayətkardır”.

Mazandaran əyaləti polisinin komandiri Həsən Mofəhmi də iyunun 6-da asayiş keşikçilərinin "həssas" yerlərdə "tam təhlükəsizlik çətiri" və "kəşfiyyat elitası" yaratmaqla əyalətə səyahət edənlərə nəzarət ediləcəyini vurğulayıb. Bu nəzarət “Nur layihəsi” adlanır.

Qeyd edək ki, İranda hər il yay mövsümünün gəlişi, havaların istiləşməsi ilə əlaqədar polis hicab və qadın geyimlərinə nəzarəti də sərtləşdirir.

Son xəbərlər

Orphus sistemi