İran Ukraynaya qarşı müharibədə istifadə etməsi üçün Rusiyaya pilotsuz uçuş aparatlarının (PUA) ilk partiyasını çatdırıb.
“Report” xəbər verir ki, bu barədə nüfuzlu “The Washington Post” nəşri yazıb.
Söhbət radar sistemlərinə, artilleriya qurğularına və digər hərbi obyektlərə atəş açmaq üçün nəzərdə tutulan ən azı iki növ döyüş pilotsuz təyyarəsindən, yəni “Mohajer-6” və “Shahed”dən gedir.
Bildirilib ki, Rusiya nəqliyyat təyyarələri avqustun 19-da müvafiq yüklə İrandan havaya qalxıb.
Nəşrin ABŞ kəşfiyyatına yaxın həmsöhbətlərinə istinadən verdiyi məlumata görə, Rusiya əldə olunan PUA-ların istismarında çoxsaylı nasazıqlıqlarla üzləşib.
Adının açıqlanmasını istəməyən Amerika xüsusi xidmət orqanlarının nümayəndələrinin sözlərindən məlum olur ki, ilk sınaqlardan sonra Rusiya hərbçiləri İranın bəzi pilotsuz təyyarələrinin istifadəyə yararsız olması səbəbindən “narazı qalıb”.