İran rejiminin ideoloqlarından biri: “Həbs hicabla mübarizə yolu deyil”

İran rejiminin ideoloqlarından biri: “Həbs hicabla mübarizə yolu deyil” “Həbs İranda hicab qaydalarını pozan qadınlara qarşı mübarizə yolu deyil”.
Region
30 Mart , 2023 13:25
İran rejiminin ideoloqlarından biri: “Həbs hicabla mübarizə yolu deyil”

“Həbs İranda hicab qaydalarını pozan qadınlara qarşı mübarizə yolu deyil”.

“Report” xəbər verir ki, bunu İranda hakimiyyətdaxili mühafizəkar xəttin tanınmış nümayəndəsi, onların təmsilçisi, “Keyhan” qəzetinin baş redaktoru, panfarsistlərin liderlərindən biri Hüseyn Şəriətmədari “Financial Times” qəzetinə müsahibəsində deyib.

Qəzet İranda 7 ay əvvəl başlayan etiraz aksiyaları ilə bağlı araşdırma aparıb. Mətbu orqan hakimiyyətdaxili mühafizəkarların da oxşar fikirdə olduqlarını vurğulayıb. İranda etiraz aksiyaları iştirakçılarını rejim nümayəndələri, bir qayda olaraq, “iğtişaş törədən”, “yolunu azmışlar” (“münafiq”), “terrorçu” kimi təqdim edir. Hüseyn Şəriətmədari isə müsahibəsində aksiya iştirakçılarını bu cür ifadələrlə adlandırmaqda çətinlik çəkib. O, bəzi qadınların hicabdan imtina etməsindən narazılığını ifadə edib: “Bu səhvdir, qanunu pozurlar... Onlarla mübarizə maarifləndirmədən ibarətdir. Bu, həbsdən keçmir”.

O qeyd edib ki, insanlar islamı tərk edəndə inqilab zəifləyir. Şəriətmədari etirazçılarla hakimiyyət tərəfdarları arasında fikir ayrılıqlarının həllinə və barışığın mümkünlüyünə də inandığını bildirib: “Müxtəlif baxışlar arasında debat normaldır”. O, bununla belə, rejimin etirazçılara və dünyəvilərə əhəmiyyətli güzəştlər edəcəyi fikrinin əleyhinə olduğunu da gizlətməyib.

Son xəbərlər

Orphus sistemi