İran prezidentinin andiçmə mərasimi başlayıb

İran prezidentinin andiçmə mərasimi başlayıb Tehrandakı İslam Şurası Məclisi (parlament) binasında İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimi başladı.
Region
5 Avqust , 2021 17:26
İran prezidentinin andiçmə mərasimi başlayıb
0 : 00
0 : 00

İslam Şurası Məclisi (parlament) binasında İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimi başlayıb.

“Report” xəbər verir ki, dövlət televiziyası İRİB tərəfindən birbaşa yayımlanan mərasimdə parlament və Ali Məhkəmə rəhbərləri, yüksək rütbəli rəsmilər və hərbçilər iştirak edirlər. Bununla yanaşı, 70-dən artıq ölkədən 115-dək qonaq da mərasimə qatılıblar.

Xatırladaq ki, İbrahim Rəisi iyulun 18-də keçirilən və seçicilərin 48,8 faizinin iştirak etdiyi seçkilərdə 17,9 milyon (62 faizə yaxın) səs toplayaraq yeni dövlət başçısı seçilib.

Son xəbərlər

Orphus sistemi