İran hakimiyyəti nüvə proqramını inkişaf etdirmək məqsədilə Rusiyaya müraciət edib.
“Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının yüksək vəzifəli nümayəndəsi məlıumat verib.
Bildirilib ki, Tehran Moskvadan əlavə nüvə yanacağı və nüvə materiali almaq üçün müraciət edib.
Qeyd edilib ki, bu yardım İranın nüvə silahı yaratmaq müddətini qısalda bilər.
Rusiyanın məsələyə münasibətinə dair məlumat yayılmayıb.
Bir müddət əvvəl Kreml İranın nüvə silahı əldə etməsinin arzuedilməz olduğunu bildirmişdi. Bununla belə, son zamanlar Rusiya İranla hərbi-texniki əməkdaşlığı artırıb. İrana məxsus dronlardan Rusiya Ukraynadakı müharibədə istifadə edir. İranın Rusiyaya raketlər tədarük edəcəyi gözlənilir. Bu əməkdaşlıq fonunda Moskva Tehranın nüvə ambisiyalarına yenidən baxa bilər.