İran Müstəqil Həmkarlar İttifaqı: Universitet müəllimləri ilə gənclərin azadlıq istəyini boğmaq mümkün deyil

İran Müstəqil Həmkarlar İttifaqı: Universitet müəllimləri ilə gənclərin azadlıq istəyini boğmaq mümkün deyil Universitetlərin professorlarının, müəllimlərinin və gənclərin azadlıq istəklərini boğmaq mümkün deyil.
Region
22 Oktyabr , 2024 11:11
İran Müstəqil Həmkarlar İttifaqı: Universitet müəllimləri ilə gənclərin azadlıq istəyini boğmaq mümkün deyil

Universitetlərin professorlarının, müəllimlərinin və gənclərin azadlıq istəklərini boğmaq mümkün deyil.

“Report” “ir.voanews.com”a istinadən xəbər verir ki, bu barədə İran Fəhlələrinin Müstəqil Həmkarlar İttifaqının professor və müəllimlərin universitetlərdən işdən çıxarılmasını pisləyən bəyanatında vurğulanıb.

Həmkarlar təşkilatının bəyanatında fəhlə hərəkatı ilə müəllimlər, həmçinin digər ictimai hərəkatlar arasında əməkdaşlığın mövcudluğunu vurğulayıb: “İranda heç bir repressiya dalğası müəllimləri, universitet professorlarını, yeniyetmələri və gəncləri azadlıq istəklərindən geri oturda bilməz”.

Təşkilat qeyd edib ki, hökuməti bundan artıq “maarifləndirmək” mümkün deyil: “Əks halda, təhsil, ölkənin sosial, mədəni, iqtisadi və siyasi həyatının bütün aspektləri tərsinə gedəcək”.

Bəyanata əsasən, İsmayıl Abdi doqquz ilə yaxın həbsxanada yatdıqdan sonra işdən çıxarılıb: “İsmayıl Abdi, Bədaqi, Qasımzadə, İbrahimi, Həbibi, yüzlərlə, minlərlə fədakar və qayğıkeş müəllimlər ya edam, həbs, deportasiya olunublar, ya da təqaüdə çıxarılaraq evdə qalmağa məcbur ediliblər”.

Həmkarlar İttifaqının bəyanatında hakimiyyətin 46 illik yatırtmaz siyasət nəticəsində ölkənin təhsil sisteminin dağıdıldığı, elmin inkişafdan qaldığı qeyd olunub.

Son xəbərlər

Orphus sistemi