İran Mərkəzi Bankının sabiq sədri 10 il azadlıqdan məhrum edilib

İran Mərkəzi Bankının sabiq sədri 10 il azadlıqdan məhrum edilib İran Mərkəzi Bankının sabiq sədri Vəliyullah Seif korrupsiya ittihamı ilə məhkəmə qarşısına çıxarılaraq 10 il müddətinə həbs cəzasına məhkum edilib.
Region
16 Oktyabr , 2021 17:47
İran Mərkəzi Bankının sabiq sədri 10 il azadlıqdan məhrum edilib

İran Mərkəzi Bankının sabiq sədri Vəliyullah Seif korrupsiya ittihamı ilə məhkəmə qarşısına çıxarılaraq 10 il müddətinə həbs cəzasına məhkum edilib.

“Report” İRNA-ya istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmənin rəsmi nümayəndəsi Zəbiyullah Xudaian bildirib.

Onun sözlərinə görə, müttəhim 159,8 milyon ABŞ dolları və 20,5 milyon avro məbləğində vəsaitin qanunsuz olaraq dövriyyədən çıxarılmasında, səhlənkarlıq və əyintilərdə təqsirli bilinib.

Bununla yanaşı, məhkəmə Mərkəzi Bankın sabiq sədr müavini Seyid Əhməd Araqçını da valyuta vəsaitlərilə bağlı qanunsuz əməliyyatlara görə 8 ilə azadlıqdan məhrum edib.

Xatırladaq ki, V.Seif 2013-2018-ci illərdə, yəni Həsən Ruhaninin prezidentliyi dövründə Mərkəzi Banka rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi