İran XİN: BMT Nizamnaməsinə görə təcavüzdən qorunmaq hüququmuz var - YENİLƏNİB

İran XİN: BMT Nizamnaməsinə görə təcavüzdən qorunmaq hüququmuz var - YENİLƏNİB Tehran üçüncü ölkə vasitəsilə İsraili xəbərdar edərək İran ərazisinə edilən hücuma cavab verməyəcəyini bildirib.
Region
26 Oktyabr , 2024 14:57
İran XİN: BMT Nizamnaməsinə görə təcavüzdən qorunmaq hüququmuz var - YENİLƏNİB

Tehranın BMT Nizamnaməsi əsasında özünü digər ölkələrin “aqressiv hərəkətlərindən” müdafiə etmək hüququ və öhdəliyi var.

"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir.

“İran İslam Respublikası BMT Nizamnaməsinin 51-ci maddəsində əks olunan qanuni müdafiə hüququna əsaslanaraq özünü xarici təcavüz aktlarından müdafiə etmək hüququ və öhdəliyinə malik olduğunu hesab edir”, - o bildirib.

12:37

Tehran üçüncü ölkə vasitəsilə İsraili xəbərdar edərək İran ərazisinə edilən hücuma cavab verməyəcəyini bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalındakı mənbə məlumat verib.

Qeyd edək ki, İsrail Müdafiə Ordusu oktyabrın 26-da İranın hərbi obyektlərinə zərbələr endirdiyini bildirib. Oktyabrın 1-də İran HƏMAS hərəkatı, Livanın "Hizbullah" təşkilatı və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Silahlı Qüvvələrin elit hissələri) rəhbərliyindəki şəxslərin öldürülməsinə cavab olaraq İsrail ərazisinə kütləvi raket zərbəsi endirib.

Son xəbərlər

Orphus sistemi