İran HDQ Xəzər dənizində təlimlərə başlayıb

İran HDQ Xəzər dənizində təlimlərə başlayıb İran Hərbi Dəniz Qüvvələri bu gün səhərdən etibarən Xəzər dənizində təlimlərə başlayıblar.
Region
30 İyun , 2021 13:32
İran HDQ Xəzər dənizində təlimlərə başlayıb

İran Hərbi Dəniz Qüvvələri (İHDQ) bu gün səhərdən etibarən Xəzər dənizində təlimlərə başlayıb.

Report” TASS-a istindən xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Manevrlərə müxtəlif növ hərbi gəmilərin, yaylım atəşli raket sistemlərinin, təyyarələrin, helikopterlərin və pilotsuz uçuş aparatlarının cəlb edildiyi bildirilir. Bundan başqa, təlimlərin gedişində İran Silahlı Qüvvələrinin hərbi-dəniz xüsusi təyinatlılarının fəaliyyəti işlənəcək.

Manevrlərin tapşırığı qismində Xəzər dənizi regionunda hərtərəfli təhlükəsizliyin möhkəmləndirilməsi müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi