İran ABŞ-ın İsraillə qarşıdurma ilə bağlı xəbərdarlıqlarına əməl etməyəcək

Region
  • 28 oktyabr, 2023
  • 20:13
İran ABŞ-ın İsraillə qarşıdurma ilə bağlı xəbərdarlıqlarına əməl etməyəcək

İran ABŞ-ın İsrail-Fələstin münaqişəsinə müdaxilə ilə bağlı xəbərdarlıqlarına əməl etməyəcək.

“Report”un məlumatına görə, bunu İran prezidenti İbrahim Rəisi “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

“Vaşinqton bizdən təmkinli olmağı və Fələstin-İsrail münaqişəsinə qarışmamağı xahiş edir, eyni zamanda İsrailə geniş dəstək verir”, - İran prezidenti qeyd edib.

O vurğulayıb ki, belə bir vəziyyətdə İran tərəfi bu tələbi etibarsız hesab edir.

Son xəbərlər

Bütün Xəbər Lenti