İrakli Qaribaşvili: “Gürcü Arzusu" yerli seçkiləri udub”

İrakli Qaribaşvili: “Gürcü Arzusu" yerli seçkiləri udub” “İlkin məlumatlara əsasən, biz bütün bələdiyyələrdə qalib gəlmişik”.
Region
30 Oktyabr , 2021 20:24
İrakli Qaribaşvili: “Gürcü Arzusu yerli seçkiləri udub”
İrakli Qaribaşvili

“İlkin məlumatlara əsasən, biz bütün bələdiyyələrdə qalib gəlmişik”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.

O, seçicilərə səsvermədə iştirak etdiklərinə görə təşəkkürünü bildirib.

“İkinci turda qələbə münasibətilə sizi təbrik edirəm. Seçkilər çox yaxşı və sakit mühitdə keçib”, - İ.Qaribaşvili deyib.

Baş nazir "Gürcü Arzusu" Partiyasının namizədi Kaxa Kaladzeni Tbilisi meri seçilməsi münasibətilə təbrik edib.

Qeyd edək ki, “Gürcü Arzusu”nun liderləri və tərəfdarları partiyanın Tbilisidəki baş ofisinin qarşısında seçkilərdə qələbəni qeyd edirlər.

Son xəbərlər

Orphus sistemi