İrakli Kobaxidze Ermənistana səfər edib

İrakli Kobaxidze Ermənistana səfər edib Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Ermənistana səfəri başlayıb.
Region
30 Yanvar , 2025 15:32
 İrakli Kobaxidze Ermənistana səfər edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Ermənistana səfəri başlayıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.

Məlumata görə, hökumət başçısını İrəvanın Zvartnots Beynəlxalq Hava Limanında Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan qarşılayıb.

Qeyd edilib ki, səfər çərçivəsində İ.Kobaxidze Ermənistanın baş naziri Nikol Paşinyanla təkbətək görüş keçirəcək. Həmçinin, iki ölkənin baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan-Ermənistan iqtisadi əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın iclası təşkil olunacaq.

İclas başa çatdıqdan sonra İ.Kobaxidze və N.Paşinyan media üçün birgə bəyanatlar verəcəklər.

Gürcüstan Baş nazirini müşayiət edən heyətin tərkibinə baş nazirin birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili, məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarcvelaadze və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.

Son xəbərlər

Orphus sistemi