“Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və iki ölkəni güclü mehriban qonşuluq münasibətləri birləşdirir”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri İrakli Beraya deyib.
Onun sözlərinə görə, sıx ikitərəfli əməkdaşlıqla yanaşı, Gürcüstan və Azərbaycan mühüm beynəlxalq enerji və nəqliyyat layihələrində birgə iştirak edirlər: “İki ölkə arasında güclü əlaqələr bu layihələrin uğurlu icrasını və səmərəliliyini, həmçinin bir sıra yeni layihələrin həyata keçirilməsi imkanlarını təmin edəcək”.
İ.Beraya bildirib ki, Azərbaycan Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü müxtəlif formatlarda və beynəlxalq təşkilatlarda qəti olaraq dəstəkləyir: “Azərbaycan hər il BMT Baş Assambleyasında Gürcüstanla bağlı qətnamənin lehinə səs verir”.