“Instagram” Türkiyəyə qarşı fəaliyyət göstərən səhifəni əngəlləyib
Region
- 04 fevral, 2021
- 11:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Instagram” rusca fəaliyyət göstərən iranpərəst “NewsTurk” səhifəsini bloklayıb.
“Report” TRT-nin rusdilli bürosunun teleqram kanalına istinadən xəbər verir ki, həmin səhifənin adı bu həftə “PolitCall”a dəyişdirilmişdi.
Səhifə idarəçilərinin fikrincə, əngəl addəyişdirmə və ya İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadı və onun komandiri, general Qasım Süleymani ilə bağlı paylaşımlarla əlaqəli olub.
TRT-nin məlumatına görə, səhifə adının dəyişdirilməsi istifadəçilərin çoxsaylı şikayəti ilə əlaqələndirilib. Belə ki, 70 minlik səhifənin administrasiyası özlərini türk resursu kimi təqdim edərək abunəçiləri yanlış yerə yönəldir və Türkiyəni nüfuzdan salmaq və İran təbliğatı siyasəti yürüdürdü.
Son xəbərlər
04:23
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr
03:38
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
Digər ölkələr
03:12
Türkiyənin Kapital Bazarları Şurasına yeni sədr təyin edilib
Region
02:35
Haaqada gənclərin etiraz aksiyalarında 34 nəfər saxlanılıb
Digər ölkələr
02:23
Foto
Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
Fərdi
02:08
Tbilisidə IMMAF dünya çempionatı başlayır, Azərbaycan 7 idmançı ilə təmsil olunur
Fərdi
01:39
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Digər ölkələr
01:21
İranda baş verən yol qəzasında doqquz nəfər həlak olub
Region
00:54
Fransada etiraz aksiyalarında 511 nəfər saxlanılıb - Yenilənib-2
Digər ölkələr