İtaliyanın nüfuzlu "Opinion" qəzetində Azərbaycan-Ermənistan Sülh Platforması haqqında məqalə dərc olunub

İtaliyanın nüfuzlu "Opinion" qəzetində Azərbaycan-Ermənistan Sülh Platforması haqqında məqalə dərc olunub "Ermənistan hakimiyyətinin erməni və azərbaycanlı intellektuallara qulaq asmaq istəyində olmaması aydın görünür"
Region
20 Yanvar , 2017 14:05
İtaliyanın nüfuzlu Opinion qəzetində Azərbaycan-Ermənistan Sülh Platforması haqqında məqalə dərc olunub

Bakı. 20 yanvar. REPORT.AZ/ İtaliyanın nüfuzlu "Opinion" qəzetində Azərbaycan-Ermənistan Sülh Platforması haqqında məqalə dərc olunub.

"Report"un məlumatına görə, məqalədə qeyd olunur ki, 2016-cı ilin noyabr ayında Bakıda həm Azərbaycanın, həm də Ermənistanın hüquq müdafiəçilərinin iştirakı ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri. Ermənistan və Azərbaycandan baxış” adlı sülh konfransı təşkil olunub.

"Konfransın əsas məqsədi Azərbaycan və Ermənistan nümayəndələrini gərgin, amma konstruktiv dialoqun təşkil edilməsi üçün dəyirmi masa ətrafına toplamaqdan ibarət idi. Konfrans başlamazdan əvvəl erməni nümayəndələri 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı dinc sakinlərinə qarşı törədilmiş Xocalı soyqırımına görə üzr istəmiş və Azərbaycanın paytaxtı Bakıda yerləşən Xocalı soyqırımına həsr olunmuş abidəni ziyarət ediblər", - deyə qəzetdə bildirilir.

Məqalədə, həmçinin qeyd olunur ki, Ermənistandan bir sıra şəxslar dərhal Platformaya qoşulmağa qərar veriblər: "Lakin, Ermənistan hakimiyyətinin erməni və azərbaycanlı intellektuallara qulaq asmaq istəyində olmaması aydın görünür. Platformaya üzv olan ermənilər ciddi təzyiqlərə məruz qalırlar. Erməni hüquq müdafiəçisi Vahe Avetyan Azərbaycan KİV-lərinə müsahibəsi zamanı bir sıra ictimai hücumlara məruz qaldığını bildirib, Aram Karapetyan, digərləri ilə yanaşı sosial şəbəkələrdə ölüm təhdidləri alıb, Lusine Nersisyan isə həbs edilib. Keçən ilin 29 dekabr tarixində baş verənlər Ermənistan hakimiyyətinin hər hansı bir sülh təşəbbüsünə qarşı çıxmasından xəbər verir. Həmin gün Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərək provokativ addımlar atıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanov öldürülüb və onun cəsədi Ermənistanın ərazisinə aparılıb".

Qəzet bildirir ki, Ermənistan bütün beynəlxalq qaydalara baxmayaraq, hələ də azərbaycanlı hərbçinin cəsədini qaytarmayıb və sosial şəbəkələrdə cəsədin şəkillərini yayıb.

Son xəbərlər

Orphus sistemi