İstanbulda Türkiyə, Rusiya və İran prezidentlərinin zirvə toplantısı keçiriləcək

İstanbulda Türkiyə, Rusiya və İran prezidentlərinin zirvə toplantısı keçiriləcək Ərdoğanla Putin arasında telefon danışığı olub
Region
8 Fevral , 2018 11:34
İstanbulda Türkiyə, Rusiya və İran prezidentlərinin zirvə toplantısı keçiriləcək

Bakı. 8 fevral. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

“Report” NTV-yə istinadən xəbər verir ki, telefon danışığı zamanı Afrin və İdlib başda olmaqla Suriyadakı son vəziyyət müzakirə edilib.

R.T.Ərdoğanla V.Putin Türkiyə, Rusiya və İran prezidentlərinin İstanbulda zirvə toplantısının keçirilməsini razılaşdırıblar. Zirvə toplantısında Suriyadakı böhranın həlli məsələsi müzakirə olunacaq. 

Qeyd edək ki, üç ölkə prezidentlərinn birinci görüşü ötən ilin noyabrın 23-də Rusiyanın Soçi şəhərində keçirilib. Həmin görüşdə tərəflər Suriyadakı vəziyyəti müzakirə etmişdilər.

Son xəbərlər

Orphus sistemi