​İstanbulda Rusiyanın qətldə şübhəli bilinən iki casusu tutulub

​İstanbulda Rusiyanın qətldə şübhəli bilinən iki casusu tutulub Məhkəmə onlar barəsində həbs qətimkan tədbiri seçib
Region
13 Aprel , 2016 08:58
​İstanbulda Rusiyanın qətldə şübhəli bilinən iki casusu tutulub

Bakı. 13 aprel. REPORT.AZ/ Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) yerli şöbəsi ilə təhlükəsizlik idarəsinin İstanbulda keçirdiyi birgə əməliyyat nəticəsində Rusiyanın iki casusu tutulub. 

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, 52 yaşlı Yuri Anisimov və 55 yaşlı Aleksandr Smirnov çeçen komandiri Vahid Edelgirievin qətlində şübhəli bilinirlər. Sui-qəsd 2015-ci il noyabrın 1-də İstanbulda törədilib.

Onlar suallara cavab verməkdən imtina edib. Məhkəmə Rusiyanın hər iki vətəndaşı barəsində həbs qətimkan tədbiri seçib.

Son xəbərlər

Orphus sistemi