İstanbul. 12 dekabr. REPORT.AZ/ İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev parkında Azərbaycanın Ümummilli lideri, böyük şəxsiyyət Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
"Report"un Türkiyə bürosunun məlumatına görə, Marmara dənizinin sahilində yerləşən parka Türkiyədə fəaliyyət göstərən böyük şirkətlər və iş adamları tərəfindən əklillər göndərilib.
Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev və konsulluq əməkdaşları, Sarıyer rayon bələdiyyəsinin rəhbərliyi, İstanbulda fəaliyyət göstərən müxtəlif təşkilatların, dərnəklərin təmsilçiləri,Türkiyədə yaşayan və təhsil alan soydaşlarımız, QHT və KİV nümayəndələri Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini bir dəqiqəlik sükütla yad ediblər.
Daha sonra ziyarətçilər tərəfindən həmin ərazidə yerləşən Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün abidəsi ziyarət edilib, çələng qoyulub, xatirəsi anılıb.
Vüsalə Abbasova
![](https://static.report.az/photo/0b10dc52-1982-4586-9299-f79fdf231b1f_300.jpg)
![](https://static.report.az/photo/384e2bce-41ca-48f4-bd06-ca51e886a9f0_300.jpg)
![](https://static.report.az/photo/488b1ec5-3027-483f-bada-f075a08e6622_300.jpg)
![](https://static.report.az/photo/66b7f1a4-8339-433b-9b62-f3f5f6e3699a_300.jpg)
![](https://static.report.az/photo/6e4c379d-e2bf-4806-a938-9afdc04b4741_300.jpg)
![](https://static.report.az/photo/7938477c-0214-464e-822e-12e8d78c0bbf_300.jpg)
![](https://static.report.az/photo/8970b1e4-4008-431f-81c5-d0fdc5a297ee_300.jpg)
![](https://static.report.az/photo/8ce26e75-8931-48c9-be81-336c0b586397_300.jpg)
![](https://static.report.az/photo/d6c1beae-c525-4689-84d2-7c0c0795e9c4_300.jpg)
![](https://static.report.az/photo/e15d9fb0-27b4-453d-88df-e7b2598e09b6_300.jpg)