İstanbulda 12 PKK şübhəlisi saxlanılıb

İstanbulda 12 PKK şübhəlisi saxlanılıb Şübhəlilər 21 ünvana edilmiş basqınlar nəticəsində ələ keçirilib
Region
17 Yanvar , 2016 04:07
İstanbulda 12 PKK şübhəlisi saxlanılıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində PKK terror təşkilatına üzv olmaqda şübhəli bilinən 12 nəfər saxlanıb.

"Report"-un "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, İstanbulun Fatih, Beyoğlu və Bahçekievler rayonlarında metro, avtobus və tranvay dayanacaqlarında şübhəli paketlər yerləşdirən şəxslər müəyyən edilib.

Şübhəlilər 21 ünvana edilmiş basqınlar nəticəsində ələ keçirilib. Əməliyyat zamanı çoxlu radikal məzmunlu materiallar da aşkar edilib.

Son xəbərlər

Orphus sistemi