İsrailin keçmiş prezidentinin dəfnində Türkiyəni BMT-dəki səfir təmsil edəcək

İsrailin keçmiş prezidentinin dəfnində Türkiyəni BMT-dəki səfir təmsil edəcək Mərasimə Misirin xarici işlər naziri Sameh Şükri, İordaniyanın baş nazirinin müavini Cavad əl-Anani də qatılacaq
Region
30 Sentyabr , 2016 11:00
İsrailin keçmiş prezidentinin dəfnində Türkiyəni BMT-dəki səfir təmsil edəcək

Bakı. 30 sentyabr. REPORT.AZ/ İsrailin keçmiş prezidenti Şimon Peresin dəfn mərasimində Türkiyəni Ankaranın BMT-dəki səfiri Feridun Sinirlioğlu təmsil edəcək.

"Report" "Newsru.co.il"ə istinadən xəbər verir ki, dəfn mərasimi İsrail vaxtı ilə saat 14.30-da başlayacaq.

Məlumata görə, mərasimdə Misiri xarici işlər naziri Sameh Şükri, İordaniyanı baş nazirin müavini Cavad əl-Anani təmsil edəcək. Dəfnə Fələstin dövlətinin başçısı Mahmud Abbasın da qatılacağı gözlənilir.

Qeyd edək ki, Şimon Peres sentyabırn 28-də 93 yaşında vəfat edib.

Son xəbərlər

Orphus sistemi