İŞİD-ə qoşulan rusiyalı zabit 19 il azadlıqdan məhrum edilib

İŞİD-ə qoşulan rusiyalı zabit 19 il azadlıqdan məhrum edilib Rusiya Müdafiə Nazirliyinin keçmiş zabiti Denis Xisamov terrorçu İŞİD qruplaşmasının sıralarında fəaliyyət göstərdiyi üçün 19 il müddətinə azadlıqdan məhrum edilib.
Region
2 Aprel , 2019 12:29
İŞİD-ə qoşulan rusiyalı zabit 19 il azadlıqdan məhrum edilib
0 : 00
0 : 00

Rusiya Müdafiə Nazirliyinin keçmiş zabiti Denis Xisamov terrorçu İŞİD qruplaşmasının sıralarında fəaliyyət göstərdiyi üçün 19 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Şimali Qafqaz Hərbi Dairə Məhkəməsinin mətbuat katibi bildirib.

Bildirilib ki, Xisamov 2016-cı ilin yanvar ayından 2017-ci ilin aprelinədək Suriyanın Rakka şəhərində İŞİD tərəfdən döyüşüb. O, həmin şəhərdəki düşərgədə təlim keçib. Xisamov Türkiyədə İŞİD-ə adamlar cəlb etməklə də məşğul olub. 2017-ci ilin aprelində Türkiyədə tutulub. Həbs edilən zaman onun üzərindən Tacikistan vətəndaşlığına dair saxta sənəd olub. 

Tacikistanın Daxili İşlər Nazirliyindən Xisamovun Rusiyada cinayət törətməyə hazırlaşdığı qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi