İrəvanda silahlı dəstənin bütün üzvləri tutulub, PPX alayının ərazisi azad edilib - YENİLƏNİB

İrəvanda silahlı dəstənin bütün üzvləri tutulub, PPX alayının ərazisi azad edilib - YENİLƏNİB 20 terrorçu həbs edilib
Region
31 İyul , 2016 22:18
İrəvanda silahlı dəstənin bütün üzvləri tutulub, PPX alayının ərazisi azad edilib - YENİLƏNİB

Bakı. 31 iyul. REPORT.AZ/ İrəvanda polis post-patrul xidməti alayının ələ keçirilmiş ərazisinin azad edilməsi üzrə 30-31 iyul tarixlərində həyata keçirilən anti-terror əməliyyatları başa çatıb.

"Report" "newsarmenia.am"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bu gün yaydığı bəyanatda bildirilir.

"Ermənistan hüquq-mühafizə orqanlarının xüsusi təyinatlı bölmələri sistemli və razılaşdırılmış hərəkətləri ilə silahlı qrup üzvlərini silahı yerə qoymağa və hökumətə təslim olmağa məcbur ediblər. 20 terrorçu həbs olunub. Post-patrul xidmətinin ərazisi tamamilə azad edilib", - deyə MTX-nin bəyanatında bildirilir.

***14:19

İyulun 17-də İrəvanda polis post-patrul xidməti alayının binasını ələ keçirən silahlı şəxslərdən iki nəfəri təslim olub, daha iki nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə Ermənistanın güc strukturlarındakı mənbəyə istinadən "İnterfax" məlumat yayıb.

"Gecə saatlarından indiyədək alay ərazisindən iki nəfər könüllü şəkildə təslim olub, iki nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib", - deyə mənbə qeyd edib.

Hazırda alay ərazisində atəş və partlayış səsləri eşidilir. Ehtimala görə, xüsusi xidmət orqanları orada əməliyyat aparır. Məlumat rəsmi təsdiqini tapmayıb.

Bu gün, həmçinin silahlı dəstənin lideri Pavel Manukyan 2 ay müddətinə həbs olunub. Bu barədə onun vəkili İnessa Petrosyan məlumat verib.

Son xəbərlər

Orphus sistemi