Bakı. 27 yanvar. REPORT.AZ/ İrəvanda gecə klubunda kütləvi dava olub.
"Report" "news.am"a istinadən xəbər verir ki, bir neçə müştəri arasında yaranmış mübahisə sonradan kütləvi davaya çevrilib. Klubun işçiləri onları sakitləşdirə bilməyib. Hadisəyə polis müdaxilə edib.
Dava-dalaş nəticəsində bir neçə nəfər xəsarət alıb. Hadisənin dörd iştirakçısı həbs edilib.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.
Polis məlumatı təsdiqləyib.