İraq baş nazirinin Türkiyəyə rəsmi səfəri başlayıb

İraq baş nazirinin Türkiyəyə rəsmi səfəri başlayıb Görüşlərdə Türkiyə-İraq əlaqələrinin inkişafı, bölgədəki vəziyyət müzakirə ediləcək
Region
25 Oktyabr , 2017 13:06
İraq baş nazirinin Türkiyəyə rəsmi səfəri başlayıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ İraqın Baş naziri Heydər əl-İbadi Türkiyədə rəsmi səfərdədir.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, Esenboğa hava limanında onu Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkci qarşılayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın baş nazirini öz iqamətgahında qəbul edəcək. Daha sonra iki ölkənin baş nazirləri Binəli Yıldırımla Heydər əl-İbadi arasında Çankaya köşkündə görüş keçiriləcək. 

Görüşlərdə Türkiyə-İraq əlaqələrinin inkişafı, bölgədəki vəziyyət müzakirə ediləcək.  

Son xəbərlər

Orphus sistemi