​İranlı deputatlar ABŞ-la müzakirələri dayandırmağa çağırıblar

​İranlı deputatlar ABŞ-la müzakirələri dayandırmağa çağırıblar Parlamentin 102 deputatı: "ABŞ müzakirələrdən sonra üzərinə düşən öhdəliyi yerinə yetirməyib"
Region
10 May , 2016 09:28
​İranlı deputatlar ABŞ-la müzakirələri dayandırmağa çağırıblar

Bakı. 10 may. REPORT.AZ/ "ABŞ müzakirələrdən sonra üzərinə düşən öhdəliyi yerinə yetirməyib, İran xalqının banklarda dondurulmuş hesablarını görməzliyə vurub və bu danışıqların ölkə əhalisinin həyatına müsbət heç bir təsiri olmayıb".

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bu, ölkə parlamenti Rəyasət Heyətinin üzvü Məhəmməd Dehaqan başda olmaqla 102 deputatın İslam Respublikasının prezidenti Həsən Ruhaniyə ABŞ-la müzakirələrin dayandırılmasına dair müraciətində qeyd olunub. 

Müraciətdə bildirilib ki, ABŞ İrana yönəlik bu addımına qarşılıq verilməli, haqqının tapdanması halında İslam Respublikası müzakirələrdə iştirakını dayandırmalıdır.

Qeyd edək ki, ötən ilin iyulunda İranın atom problemi ilə bağlı beynəlxalq ictimaiyyətin vasitəçisi kimi ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çinlə Tehran arasında razılıq sənədi imzalanıb. Həmin razılaşmadan sonra İranın xarici ölkələr, o cümlədən ABŞ banklarındakı hesablarına qoyulan sanksiyalar da qaldırılmalı idi. Ancaq ötən müddət ərzində rəsmi Vaşinqton bu istiqamətdə hələ ciddi addım atmayıb. Bundan başqa aprelin 21-də ABŞ-ın Ali Məhkəməsi İranın bu ölkədə dondurulmuş bank hesablarından 2,65 milyard dolların terrordan zərərçəkən amerikalı ailələrə verilməsi haqda qərar qəbul edib. Bu məbləğ ABŞ-ın 241 əsgərinin ailəsinə veriləcək.

Qeyd edək ki, 1983-cü ilin oktyabrın 23-də Livanın paytaxtı beyrutda "İslami-Cihad" və "Hizbullah"ın ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus kazarmalarını partlatması nəticəsində 241 amerikalı, Fransa bazasının partladılması nəticəsində 58 fransız əsgər həlak olub.

Son xəbərlər

Orphus sistemi