Bakı. 13 yanvar. REPORT.AZ/ İranın İsfahan vilayətinin Nətənz şəhərində yerləşən nüvə obyektində potensial düşmənin hücumunun dəf edilməsi ilə bağlı təlimlər keçirilib. Bu barədə "Report" ISNA-ya istinadən xəbər verir.
İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehinin iştirak etdiyi təlimlərə nüvə obyektinin təhlükəsizlik sisteminin bütün potensialı cəlb olunub, şərti düşmənin bütün hücumları dəf edilib.
Nətənz nüvə obyekti İranın mərkəzi hissəsində, Kaşan və İsfahan şəhərlərinin arasında yerləşir və ölkənin ən mühüm nüvə obyektlərindən biridir. Mərkəzdə nüvə reaktorlarında yanacaq kimi istifadə etmək üçün aşağı səviyyədə zənginləşdirilmiş uran istehsal olunur.