İranlı nazir: “Ukrayna təyyarəsinin “qara qutusu” təmir olunur”

İranlı nazir: “Ukrayna təyyarəsinin “qara qutusu” təmir olunur” İranın müdafiə naziri, briqada generalı Əmir Hatəmi yanvarın 8-də Tehran səmasında vurulan “Ukrayna Beynəlxalq Hava Yolları” şirkətinə məxsus “Boeing” sərnişin təyyarəsinin “qara qutusu”nun oxunması ilə bağlı məsələyə aydınlıq gətirib.
Region
117
19 Fevral , 2020 16:23
İranlı nazir: “Ukrayna təyyarəsinin “qara qutusu” təmir olunur”
google.az

İranın müdafiə naziri, briqada generalı Əmir Hatəmi yanvarın 8-də Tehran səmasında vurulan “Ukrayna Beynəlxalq Hava Yolları” şirkətinə məxsus “Boeing” sərnişin təyyarəsinin “qara qutusu”nun oxunması ilə bağlı məsələyə aydınlıq gətirib. 

“Report” İRNA-ya istinadən xəbər verir ki, nazir hazırda “qara qutu”nun təmir olunduğunu bildirib.

“İranın müdafiə sənayesindən Ukrayna avialaynerinin “qara qutusu”nun təmir edilməsinə kömək etməsini istəmişik. Təmirdən sonra “qara qutu” oxunacaq”, - nazir deyib.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing” 737-800 təyyarəsi yanvarın 8-i Tehran hava limanı üzərində İran Silahlı Qüvvələri tərəfindən səhvən vurulub. Hadisə nəticəsində 167-si sərnişin, 9-u ekipaj üzvü olmaqla 176 nəfər ölüb. Ölənlər arasında 11-i Ukrayna, 82-si İran, 63-ü Kanada, 10-u İsveç, 4-ü Əfqanıstan, 3-ü Almaniya, 3-ü isə Böyük Britaniya vətəndaşı olub. İran rəhbərliyi yanvarın 11-i təyyarənin səhvən vurulmasını boynuna alıb.

Son xəbərlər

Orphus sistemi