İran bir milyon barel neftini sata bilməyib

İran bir milyon barel neftini sata bilməyib Bakı. 22 yanvar. REPORT.AZ/ İran bir milyon barel neftini sata bilməyib.
Region
22 Yanvar , 2019 12:59
İran bir milyon barel neftini sata bilməyib
0 : 00
0 : 00

Bakı. 22 yanvar. REPORT.AZ/ İran bir milyon barel neftini sata bilməyib.

“Report” “SHANA” agentliyinə istinadən xəbər verir ki, yanvarın 21-də Tehranın energetika birjasında tələb olmadığından 1 milyon barel neft satılmayıb. 

Neftin bir barelinin qiyməti 52,42 dollar müəyyənləşdirilib. 

Qeyd edək ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalardan yayınmaq məqsədi ilə ötən ilin oktyabrından başlayaraq, İran öz xam neftini Tehran birjasında satır. İranın Neft Nazirliyindən bildiriblər ki, 2018-ci il oktyabrın 28-də bir bareli 74,85 dollara bir milyon barel, həmin il noyabrın 11-də isə 64,97 dollara 700 min barel neft satılıb.

Xatırladaq ki, 2018-ci il noyabrın 5-dən ABŞ İranın energetika sahəsinə sanksiya tətbiq edib

Son xəbərlər

Orphus sistemi