​İranın nüvə proqramı ilə bağlı XİN başçılarının görüş tarixi açıqlanıb

​İranın nüvə proqramı ilə bağlı XİN başçılarının görüş tarixi açıqlanıb Sergey Ryabkov: "İyunun 30-dək bu razılaşmanın əldə olunması mümkündür"
Region
13 İyun , 2015 16:01
​İranın nüvə proqramı ilə bağlı XİN başçılarının görüş tarixi açıqlanıb

Bakı. 13 iyun. REPORT.AZ/ İranın nüvə proqramı üzrə danışıqların növbəti mərhələsi iyunun 20-də keçiriləcək.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Bu mərhələdə İran və "altılıq" (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) ölkələrinin xarici işlər nazirləri görüşəcək.

Qeyd edək ki, iyunun 30-dək İranın nüvə proqramı ilə bağlı yekun razılaşma sənədi imzalanmalıdır. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bununla bağlı deyib: "İyunun 30-dək razılaşmanın əldə olunması mümkündür".

Son xəbərlər

Orphus sistemi