İranın ali rəhbəri 8 ildən sonra ilk dəfə Tehranda namaza rəhbərlik edəcək

İranın ali rəhbəri 8 ildən sonra ilk dəfə Tehranda namaza rəhbərlik edəcək İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei 2012-ci ildən bəri ilk dəfə namaza rəhbərlik edəcək.
Region
17 Yanvar , 2020 10:52
İranın ali rəhbəri 8 ildən sonra ilk dəfə Tehranda namaza rəhbərlik edəcək

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei 2012-ci ildən bəri ilk dəfə namaza rəhbərlik edəcək.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, 8 illik fasilədən sonra Tehrandakı “Musallah” məscidində cümə namazı ali liderin rəhbərliyi ilə qılınacaq.

Seyid Əli Xameneinin bu addımı İranla ABŞ arasında baş verən qarşıdurma ilə əlaqələndirilir.

Xatırladaq ki, ali rəhbər sonuncu dəfə 2012-ci ilin fevral ayında İran ilə İsrail arasında baş verən gərginlikdən sonra namaza rəhbərlik etmişdi.

Son xəbərlər

Orphus sistemi