İranda zəlzələ nəticəsində xəsarət alanların sayı 130-u keçib

İranda zəlzələ nəticəsində xəsarət alanların sayı 130-u keçib Bakı. 3 may. REPORT.AZ/ İranın cənub-qərbində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 133-ə çatıb.
Region
3 May , 2018 11:00
İranda zəlzələ nəticəsində xəsarət alanların sayı 130-u keçib

Bakı. 3 may. REPORT.AZ/ İranın cənub-qərbində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 133-ə çatıb.

"Report" RT-yə istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi Kohgiluyə və Buyer Əhməd ostanının Təcili Tibbi Yardım Mərkəzinin rəhbərinə istinadən məlumat verib.

Mərkəz rəhbərinin sözlərinə görə, xəsarət alanlardan 32 nəfər xəstəxanaya yerləşdirilib.

Daha əvvəl 105 nəfərin xəsarət aldığı bildirilirdi.

Xatırladaq ki, İran ərazisində maqnitudası 5,2 olan zəlzələ mayın 2-də baş verib.

Son xəbərlər

Orphus sistemi