“Iran Air” hava yollarına məxsus sərnişin təyyarəsi İranın Kirmanşah şəhərində eniş zamanı uçuş-eniş zolağından kənara çıxıb.
“Report” “Mehr”ə istinadən xəbər verir ki, Tehrandan Kirmanşaha uçan “Airbus-319” təyyarəsinin eniş zamanı qəzaya uğramasının ehtimal edilən səbəbi ön təkərlərindəki problemlərdir.
Hadisə yerli vaxtla saat 06:00-da baş verib.
Ölən və yaralanan olmayıb.