İranda qəzaya uğramış Türkiyə təyyarəsində olan sərnişinlərin yanmış meyitləri tapılıb

İranda qəzaya uğramış Türkiyə təyyarəsində olan sərnişinlərin yanmış meyitləri tapılıb Tapılmış qalıqların tanınması üçün DNK analizinə ehtiyac var
Region
1274
12 Mart , 2018 00:32
İranda qəzaya uğramış Türkiyə təyyarəsində olan sərnişinlərin yanmış meyitləri tapılıb

Bakı. 12 mart. REPORT.AZ/ Xilasedicilər Türkiyənin İranda qəzaya uğramış "Bombardier Challenger 600" təyyarəsinin göyərtəsində olan 3 heyət üzvü və 8 sərşinin yanmış meyitini aşkar ediblər.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, tapılmış qalıqların tanınması üçün DNK analizinə ehtiyac var.

Axtarış-xilasetmə əməliyyatlarına ümumilikdə bir neçə xüsusi briqada, həmçinin alpinist və yanğınsöndürənlər cəlb olunub. Təyyarənin qalıqları dəniz səviyyəsindən təqribən 400-500 metr yüksəklikdə, əməli olaraq uçurumun kənarında aşkar olunub.

"Hadisə yerində yanğın hələ də, davam edir və mütəxəssislər qeyd edirlər ki, ərazi şəraitinə görə yanğının yayılması təhlükəsi var", - deyə TASS "Fars"a istinadən xəbər verir.

Orphus sistemi