İranda Həsən Ruhaninin BMT Təhlükəsizlik Şurasının iclasında iştirakı müzakirə edilir

İranda Həsən Ruhaninin BMT Təhlükəsizlik Şurasının iclasında iştirakı müzakirə edilir Bakı. 17 sentyabr. REPORT.AZ/ İran prezidenti Həsən Ruhaninin sentyabr ayında ABŞ dövlət başçısı Donald Trampın sədrliyi ilə baş tutacaq BMT Təhlükəsizlik Şurasının İran məsələsi ilə bağlı iclasında iştirakı məsələsi Tehranda gərgin müzakirələrə səbəb olub.
Region
17 Sentyabr , 2018 15:08
İranda Həsən Ruhaninin BMT Təhlükəsizlik Şurasının iclasında iştirakı müzakirə edilir
0 : 00
0 : 00

Bakı. 17 sentyabr. REPORT.AZ/ İran prezidenti Həsən Ruhaninin sentyabr ayında ABŞ dövlət başçısı Donald Trampın sədrliyi ilə baş tutacaq BMT Təhlükəsizlik Şurasının İran məsələsi ilə bağlı iclasında iştirakı məsələsi Tehranda gərgin müzakirələrə səbəb olub.

Bu barədə "Report" "Anadolu"ya istinadən xəbər verir.

Bəzi iranlı siyasətçilər H.Ruhaninin BMT Təhlükəsizlik Şurasının İran üzrə iclasına qatılmamali olduğunu düşünür. Məsələn, İran Xarici İşlər Nazirliyinin sabiq yüksək vəzifəli nümayəndəsi Cavid Qurbanoğlu hesab edir ki, İranı iclasda xarici işlər naziri Məhəmməd Cavad Zərif təmsil edə bilər, onun ingilis dilini yaxşı bilməsi və əlində güclü əsasların olması iclasın ab-havasına təsir etməyə kifayət edər.

İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Kazım Qasiminin fikrincə, H.Ruhaninin Təhlükəsizlik Şurasının iclasında iştirakını istəməyənlər İran hökumətinin iflasa uğramasında maraqlı olanlardır.

Son xəbərlər

Orphus sistemi