​İrana qarşı əlavə sanksiyalar haqda qanun layihəsinin mətni qəbul edilib

​İrana qarşı əlavə sanksiyalar haqda qanun layihəsinin mətni qəbul edilib Sənəd gələn həftə ABŞ Senatında müzakirəyə çıxarılacaq
Region
15 Yanvar , 2015 09:50
​İrana qarşı əlavə sanksiyalar haqda qanun layihəsinin mətni qəbul edilib

Bakı. 15 yanvar. REPORT.AZ/ ABŞ Senatı İrana qarşı əlavə sanksiyalar haqda qanun layihəsinin mətnini razılaşdırıb.

"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, layihəni həm respublikaçılar, həm də demokratlardan olan senatorlar qəbul edib.

Prezident Barak Obama administrasiyasının etirazına baxmayaraq, gələn həftə sənədin müzakirə olunacağı planlaşdırılıb. Qanun layihəsinə əsasən, əgər İran hakimiyyəti nüvə probleminə dair məsələdə "altılıq" dövlətləri ilə razılığa gəlməzsə, o zaman sanksiyalar genişləndiriləcək.

Əlavə sanksiyalar layihəsi hələ ötən il respublikaçı senator Mark Kirk və onun demokrat həmkarı Robert Menends tərəfindən hazırlanıb.

Xatırladaq ki, ABŞ prezidenti İslam Respulikasına qarşı əlavə sanksiyaların tətbiq edilməsi haqqında qanunun qəbul edilməsinə qarşı çıxdığını bəyan edib: "Bu, danışıqların kəsilməsinə və ABŞ-ın beynəlxalq təcridinə səbəb ola bilər", - Obama əlavə edib.

Son xəbərlər

Orphus sistemi