Bakı. 3 mart. REPORT.AZ/ İran nüvə proqramı ilə bağlı danışıqlarda Vaşinqtona güzəştə getməyəcək. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə İsveçrənin Montrö şəhərində olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.
"İran danışıqlar prosesində qarşı tərəfin nüvə proqramı ilə bağlı irəli sürdüyü qeyri-ciddi və məntiqsiz tələbləri qəbul etməyəcək", - o deyib.
Nazir vurğulayıb ki, danışıqlar nüvə problemini həll etmək üçün yeganə çıxış yoludur.
Bir müddət əvvəl ABŞ prezidenti Barak Obama bəyan edib ki, İran 10 il müddətinə öz nüvə fəaliyyətini dondurmağa razılıq verməlidir.