Bakı. 28 fevral. REPORT.AZ/ İranın xarici işlər naziri Məhəmmədcavad Zərifin uçacağı təyyarəyə Almaniyanın Münhen şəhərində yanacaq verməyiblər.
“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, hadisə fevralın 16-18-də onun Münhen Təhlükəsizlik Konfransından İrana qayıtması zamanı qeydə alınıb.
Münhen hava limanındakı yanacaqdoldurma məntəqəsi ABŞ-ın sanksiyası ilə üzləşəcəklərindən ehtiyat etdiklərindən iranlı naziri aparacaq aerobusu yanacaqla təmin etmək istəməyiblər. Sonradan məsələ aydınlaşıb. Almaniya ilə İran arasında yaranacaq siyasi qalmaqalın qarşısı alınıb.