İran Xəzərdə hərbi təlimə başlayıb

İran Xəzərdə hərbi təlimə başlayıb Əhmədrza Baqiri: “Təlimin beşinci və sonuncu mərhələsi 2017-ci ilin avqustunda keçiriləcək”
Region
119
4 İyul , 2017 13:05
İran Xəzərdə hərbi təlimə başlayıb

Bakı. 4 iyul. REPORT.AZ/ İranın Hərbi Dəniz Donanması Xəzərdə “Güc və sabit təhlükəsizlik-96” kodu adı altında hərbi təlimə başlayıb.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu Şimal Donanmasının və İran Hərbi Dəniz Qüvvələri 4-cü zonasının komandanı Əhmədrza Baqiri bildirib.

“Birinci mərhələ cari ilin mart ayında keçirilib. Təlimin beşinci və sonuncu mərhələsi 2017-ci ilin avqustunda keçiriləcək və Xəzərdə 88 min kv. metr ərazini əhatə edəcək”, - deyə Əhmədrza Baqiri vurğulayıb.

Onun sözlərinə görə, təlim zamanı yeni hərbi qurğu və silahlar, o cümlədən “Sahil-dəniz” tipindən olan raket-kosmik sistemindən istifadə planlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi