Bakı. 1 oktyabr. REPORT.AZ/ İranın Hərbi Dəniz Qüvvələri Xəzərin İslam Respublikasına aid hissəsində "Damavənd" adlı hərbi gəmisini (esminesi) nümayiş etdirib.
"Report" İran KİV-inə istinadən xəbər verir ki, İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei ölkəsinin dəniz qoşununun manevrini müşahidə edib.
Məlumatda bildirilib ki, gəmi yerli mütəxəssislər tərəfindən tikilib.