İran vətəndaşı elektroşoker ilə Yerevanın mərkəzində İran bankını soymağa cəhd edib

İran vətəndaşı elektroşoker ilə Yerevanın mərkəzində İran bankını soymağa cəhd edib Morteza Coşoar "Mellat" bankına daxil olaraq elektroşokerdən istifadə edib və işçilərdən pul tələb edib
Region
24 Dekabr , 2018 15:51
İran vətəndaşı elektroşoker ilə Yerevanın mərkəzində İran bankını soymağa cəhd edib
0 : 00
0 : 00

Bakı. 24 dekabr. REPORT.AZ/ Əlində bıçaq və elektroşoker olan İran vətəndaşı Ermənistanın paytaxtı Yerevanın mərkəzində İran bankını soymağa çalışıb.

Bu barədə "Report" "İnterfaks"a istinadən məlumat verir.

Ermənistan polisinin verdiyi məlumata görə, bu səhər 36 yaşlı iranlı Morteza Coşoar "Mellat" bankına daxil olaraq elektroşokerdən istifadə edib və işçilərdən pul tələb edib.

Nəticədə İran vətəndaşı yerli polis qüvvələri tərəfindən zərərsizləşdirilib, faktla bağlı cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi