İran vətəndaşı su bəndinin fonunda selfi etmək istəyərkən həlak olub

İran vətəndaşı su bəndinin fonunda selfi etmək istəyərkən həlak olub Onu su aparıb
Region
20 Fevral , 2017 16:14
İran vətəndaşı su bəndinin fonunda selfi etmək istəyərkən həlak olub

Bakı. 20 fevral. REPORT.AZ/ İranın cənub hissəsində yerləşən Ciruft şəhəri yaxınlığında sel fəlakətindən zərər görmüş bəndin fonunda selfi etmək istəyən şəxs həlak olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, "Qızıl Aypara" humanitar təşkilatının nümayəndələri bənd fonunda selfi çəkdirmək istəyən zaman İran vətəndaşını su apardığını bildirib. Mərhumun meyiti tapılmayıb.

Qeyd edək ki, regiondan ötən həftədən başlayan leysan yağışı irimiqyaslı daşqınlara səbəb olub, minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb, bir neçə kənd məhv olub.

Son xəbərlər

Orphus sistemi