İran və Ermənistan Mehri-Nurdüz gömrük məntəqəsindən birgə istifadə edəcək

İran və Ermənistan Mehri-Nurdüz gömrük məntəqəsindən birgə istifadə edəcək Hər iki tərəfin sərnişin və yük avtomobilləri bir-birinin ərazisində sərbəst hərəkət edəcək
Region
236
21 Fevral , 2017 13:59
İran və Ermənistan Mehri-Nurdüz gömrük məntəqəsindən birgə istifadə edəcək

Bakı. 21 fevral. REPORT.AZ/ İran hökuməti Mehri-Nurdüz gömrük qapısının Ermənistanla birgə istifadə edilməsi haqqında hər iki tərəfin imzaladığı razılaşmanı təsdiqləyib.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bu sənəd ötən ilin dekabrında İran Prezidenti Həsən Ruhaninin Yerevana səfəri zamanı imzalanıb.

Sənədə əsasən, hər iki tərəfin sərnişin və yük avtomobilləri bir-birinin ərazisinə sərbəst hərəkət edəcək, yol və təminat haqqının ödənilməsi ləğv olunacaq. 

Son xəbərlər

Orphus sistemi