Bakı. 8 mart. REPORT.AZ/ “İran Hava Yolları Rusiyadan “Suxoy-100” sərnişin təyyarəsi alacaq”.
“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
Onun sözlərinə görə, Mokva ilə Tehran arasında bu məsələyə dair detallı müzakirə davam edir: “Alış-veriş üçün lazım olan plan hazırlanıb”.
Rusiya istehsalı olan “Suxoy-100” sərnişin təyyarəsi 110 sərnişin tutur və iki mühərriklidir.