İran prezidenti: "Qərbin Yaxın Şərq, Mərkəzi Asiya və Qafqazda strateji səhvi bu regionları terrorçu və ekstremistlərin sığınacağına çevirib"

İran prezidenti: "Qərbin Yaxın Şərq, Mərkəzi Asiya və Qafqazda strateji səhvi bu regionları terrorçu və ekstremistlərin sığınacağına çevirib" Ruhani bunu BMT Baş Assambleyasının 69-cu sessiyasındakı çıxışı zamanı bildirib
Region
26 Sentyabr , 2014 12:32
İran prezidenti: Qərbin Yaxın Şərq, Mərkəzi Asiya və Qafqazda strateji səhvi bu regionları terrorçu və ekstremistlərin sığınacağına çevirib
Bakı. 26 sentyabr. REPORT.AZ/ "Qərbin Yaxın Şərq, Mərkəzi Asiya və Qafqazda strateji səhvi bu regionları terrorçu və ekstremistlərin sığınacağına çevirib". "Report" BMT-nin informasiya mərkəzinə istinadən xəbər verir ki, bu barədə İranın prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının 69-cu sessiyasında ümumi-siyasi diskussiyasında çıxışı zaman bəyan edib.

İranın prezidenti Baş Assambleyanın tribunasından bildirib ki, bu gün ekstremizm artıq regional problem deyil və qlobal miqyaslar alıb. Ruhani ekstremizm üçün şəraitin yaradılmasında Qərbin rolunu qeyd edib və dinləyiciləri regionun mötədil liderlərinin səsinə səs verməyə çağırıb. 

Qərbin səhv yanaşmasının nümunəsi qismində isə prezident Əfqanıstan və İraqa qarşı hərbi təcavüzü və Suriyadakı hadisələrə qanunsuz müdaxiləni göstərib. 

Ruhani terrorizmin mənbələrinə qarşı mübarizə aparmağa çağırıb. "Terrorizm yoxsulluq, işsizlik, diskriminasiya, şəxsiyyətin alçaldılması və ədalətsizlik şəraitində yaranır" - deyə, Ruhani qeyd edib. O, əlavə edib ki, inkişaf, ədalətin bərqərar olunması və qəddarlığa haqq qazandırmaq məqsədilə dini elmlərin təhrif olunmasına müqavimətin göstərilməsi yolu ilə terrorizmin kökünü kəsmək olar. "Ən pis hal da odur ki, terrorçular qanı guya din yolunda tökürlər və insanların başlarını guya islam yolunda kəsirlər. Mən heyrətə gəlmişəm ki, insanları öldürən qruplar özlərini "islam qrupları" adlandırırlar" - deyə, İranın prezidenti bildirib.

Son xəbərlər

Orphus sistemi