İran parlamenti komissiyasının sədri: “Tehran və Vaşinqton arasında diplomatik kanallar açıq qalmalıdır”

Region
  • 13 oktyabr, 2018
  • 12:19
İran parlamenti komissiyasının sədri: “Tehran və Vaşinqton arasında diplomatik kanallar açıq qalmalıdır”

Bakı. 13 oktyabr. REPORT.AZ/ “Tehran və Vaşinqton arasında diplomatik kanallar açıq qalmalıdır”.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Haşmetullah Fəlahetpişe deyib.

“İrana qarşı genişmiqyaslı sanksiyaların tətbiqinə mane ola biləcək ABŞ-dan olan siyasilər və başqa sahələrdəki insanlarla dialoq qurulmalıdır. ABŞ-la diplomatik kanallar bağlanmamalıdır. Çünki ABŞ yalnız Trampdan ibarət deyil”, - deyə komissiya sədri vurğulayıb.

Onun sözlərinə görə, Donald Trampa müxalifət olanlarla diplomatik danışıqlar, müzakirə və lobbiçilik fəaliyyəti sayəsində İranla ABŞ arasındakı diplomatik əlaqələrdə yeni bir yumşalma mühiti yaranıb.