İran Mərkəzi Bankının keçmiş direktorunun ölkədən çıxmasına qadağa qoyulması istənilib

Region
  • 06 avqust, 2018
  • 09:50
İran Mərkəzi Bankının keçmiş direktorunun ölkədən çıxmasına qadağa qoyulması istənilib

Bakı. 6 avqust. REPORT.AZ/ İran parlamentinin 20 deputatı Mərkəzi Bankın keçmiş direktoru Vəliullah Seyfinin ölkədən çıxmasına qadağa qoyulmasını tələb edib.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İran parlamentinin Daxili işlər üzrə komissiyasının üzvü Əbülfəzl Əbuturabi bildirib.

“20 deputat məhkəməyə müraciət edərək İran Mərkəzi Bankının keçmiş direktoru Vəliullah Seyfinin ölkədən çıxmasının qadağan olunmasını istəyib. Onun uşaqları xarici ölkədədir. Hətta ikili vətəndaşlıqlarının olduğu ehtimal edilir”, - Ə.Əbuturabi vurğulayıb.

Onun sözlərinə görə, keçmiş direktorun ailə üzvləri hazırda Avstraliyada yaşayır.

Qeyd edək ki, bu günlərədə İran prezidenti onun yerinə Mərkəzi Banka Əbdünnasir Himmətini təyin edib. 

44 filmi